"Paris Vaşinqton və Kiyev arasında münaqişələrin həlli məsələləri ilə birlikdə mineral ehtiyatlar üzrə danışıqların bir hissəsi olmaq istəyir".
1xeber.media xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lecornu "Franceinfo" radiosuna danışıb.
"ABŞ və Ukrayna arasında bu razılaşmanın bağlanması lazımdır. Amma siz bilməlisiniz ki, mən özüm ukraynalı həmkarımla müdafiə sahəsində ehtiyaclarımızı müzakirə edirəm ", - Lekornu bildirib.
O qeyd edib ki, Paris Kiyevdən təzminat tələb etmir. Lecornu vurğulayıb ki, Fransa müdafiə sisteminin növbəti 30-40 il ərzində ölkənin silah sistemi üçün açar olan resurslara ehtiyacı var. O əlavə edib ki, o, Fransa prezidenti Emmanuel Makrondan da Kiyevlə müzakirələrə girməyi xahiş edib.