Bu ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişləri yekunlaşdırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.