Вернуться назад Распечатать

Rusiyanın daşınmaz “əmlak kralları”: İlk iki yerdə azərbaycanlı, üçüncü ermənidir - Yeni reytinq

“Forbes” jurnalının rus versiyası Rusiya daşınmaz “əmlak “kralları”nın 2024-cü ilin nəticələrinə əsasən yeni reytinqini dərc edib.

1xeber.media publika.az-a istinadən xəbər verir ki, siyahıya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və ona Azərbaycan əsilli sahibkarlar başçılıq edirlər.

İlk onluq belədir:

Qod Nisanov

Zaxar İliyev

Qod Nisanov və Zaxar İliyevin "Kievskaya ploşad" şirkətinin illik icarə gəliri 2 milyard dollardır;

Samvel Karapetyan - “Taşir” (685 milyon dollar);

Sait-Salam Qutseriyevin “Safmar” şirkəti (490 milyon dollar);

Tara ailəsinin “Enka” şirkəti (335 milyon dollar);

Aleksandr Klyaçinin “Gleden İnvest Qrupu” (315 milyon dollar);

Pavel Vaşşenko və Valeri Mixaylovun “Riverstretch Trading & Investments” şirkəti (295 milyon dollar);

Araz Ağalarovun “Crocus Group” şirkəti (245 milyon dollar);

Vladimir və Feliks Yevtuşenkovun “AFK Sistema” (240 milyon dollar).

İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bu həcmə 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli otel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan ticarət mərkəzi daxildir.

2024-cü ildə "Kievskaya ploşad" Lubyankadakı mərkəzi uşaq mağazasını “Gals-Development” strukturlarından alıb. "Detsky Mir"-in sahəsi 74 min kvadratmetrdir və əməliyyat 10-20 milyard rubl qiymətləndirilir.