Siz hakimlərinizlə qürur duymalısınız.
1xeber.media məlumatına görə, bunu niderlandlı sabiq FIFA referisi, UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri Byorn Kuypers Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra keçirdiyi brifinqdə deyib.
Hakim-inspektor kimi də fəaliyyət göstərən mütəxəssis əvvəlcə seminarla bağlı təəssüratlarını bölüşüb:
"AFFA-nın dəvəti ilə Bakıya gəlmişəm. Düşünürəm ki, siz hakimlərinizlə qürur duymalısınız. Söhbət kəmiyyətdən deyil, keyfiyyətdən gedir. Hakimlərinizdən ikisi əsas kateqoriyadadır".
O, hakimliyin səviyyəsini artırmaq üçün daha çox çalışmaq lazım olduğunu bildirib:
"İnkişaf yolunu davam etdirin. UEFA-ya müraciət edib beynəlxalq hakimlərinizin sayını artıra bilərsiniz. Hakimliyin səviyyəsini artırmaq üçün bu işdə əzmkar şəkildə çalışmalısınız. Məsələn, Əliyar Ağayev Çempionlar Liqasının 4 matçında idarəçilik edib".
Qeyd edək ki, AFFA-nın dəvətilə Bakıya gələn B.Kuypers seminarla yanaşı, FIFA dərəcəli referilərə döş nişanları təqdim edib.