Вернуться назад Распечатать

Daşkəsəndə 77 yaşlı kişi intihar etdi

Daşkəsəndə yaşlı kişi intihar edib.

1xeber.media məlumatına görə, hadisə Daşkəsən şəhərin Nizami küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan 1948-ci il təvəllüdlü Zahid Süleymanov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.