Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona yola düşüb.
1xeber.media xəbər verir ki, bu barədə 27 fevralda Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
"Bir saat əvvəl prezident təyyarəsi Polşadan havaya qalxdı və Avropa üzərindən ABŞ-a istiqamətlənib", – Jeleznyak bildirib.
Bu görüşün gündəmində Ukrayna və ABŞ arasındakı siyasi və hərbi əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.