Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı Ukrayna lideri Vladimir Zelenskini ABŞ-a görüşə dəvət etməkdən çəkindirib.
1xeber.media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Görüş demək olar ki, bitdi. Vladimir Zelenskinin bu cümə, Vaşinqtona səfəri ilk olaraq amerikalılar tərəfindən ləğv edildi, lakin nəticədə Emmanuel Makronun zəngindən sonra təsdiqləndi”, - telekanal qeyd edir.
Bundan əvvəl Fransa lideri Trampdan münaqişə bitdikdən sonra Ukraynadakı fransız və ingilis əsgərlərinə hərbi dəstək verməsini tələb edib.