ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldova prezidenti Maia Sanduya dəstək üçün milyonlarla dollar sərmayə qoyub.
1xeber.media xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı İqor Dodon məlumat verib.
“Məlumatlar hər gün ortaya çıxır. Söhbət yüz milyonlarla dollardan gedir. “2024-cü ildə USAID və amerikalı treyder Corc Soros Moldovada qondarma demokratik proseslərə bir neçə yüz milyon dollar sərmayə qoyublar”, o, TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, vəsait respublikanın hazırkı hökumətini dəstəkləmək, o cümlədən Sandunun seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə edilib.