1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin qarşıdan gələn səfəri demək olar ki, ləğv edildi, lakin son anda Fransa lideri Emmanuel Makron işə qarışdı və faktiki olaraq Ağ Ev rəhbəri Donald Trampı ukraynalı həmkarını qəbul etməyə razı saldı.
“Çərşənbə günü Ukrayna prezidenti ABŞ administrasiyasından ona Donald Trampla görüşmək üçün ABŞ-a gəlməməyi tövsiyə edən mesaj aldı. Sonra Vladimir Zelenski Emmanuel Makrona zəng edib, o da öz növbəsində Donald Trampla əlaqə saxlayıb, ondan [ukraynalı] həmkarı ilə görüşməyi xahiş edib”, – məqalədə deyilir.
Nəhayət, Makronla telefon danışığından sonra Tramp Zelenskini Ağ Evdə qəbul etməyə razılıq verib.