Вернуться назад Распечатать

"Real Madrid"in sabiq futbolçusu Dorado vəfat edib

"Real Madrid"in sabiq futbolçusu Xavyer Dorado 48 yaşında vəfat edib.

1xeber.media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Madrid komandasının açıqlamasında deyilir: "Ailəsinə, komanda yoldaşlarına, bütün sevdiklərinə və oynadığı bütün klublara başsağlığı veririk".

Ölümün səbəbi açıqlanmır. BeinSports-un məlumatına görə, keçmiş müdafiəçi uzun müddətdir xərçənglə mübarizə aparırdı.

O, 1997-2000-ci illərdə "Real Dorado"da oynayıb, klubla Çempionlar Liqasının qalibi olub. Bundan başqa, müdafiəçi “Sportinq Xixon”, “Malyorka” və “Rayo Valyekano”da da çıxış edib.