Azərbaycan Respublikasının baş prokuroru Cənab Kamran Əliyevə
İşğaldan azad olunmuş Laçın rayon Zabux kəndində yaşayan Fərəcova Ayşə Əfəndi qızı tərəfindən:
MÜRACİƏT
Cənab baş prokuror!
Təxminən 3 ay bundan öncə xalamın səhhətində yaranmış problemlərlə əlaqədər qardaşım Ariz Fərəcova məxsus olan VAZ-07 maşını qardaşım "TikTok" platformasından tanıdığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Həmid Avtosalonu"-na 1200 AZN Pul müqavilində girov qoyub, daha sonra salon maşını yaxın adamlarının adına alqı-satqı edərək ayı 331 AZN olmaqla 1 illik Arizə kreditlə veriblər. İndi 3 ay olmaqla hər aya düşən 331 manat pulu və alınan 1200 manatı qaytarırıq amma maşını vermirlər. Deyillər 3900 manat ödəniş etməlisiz, yəni, bizdən danışıqdan əlavə olaraq pul istəyirlər. Bu hal məndən əlavə olaraq digər şəxslərin də başına gətirilir. Vüsalə adlı şəxs bizi salonun rəhbərinin yanına apardı. Rəhbərlik dedi ki, gedin hara istəsəniz şikayət edin, mənə nə edəcəklər? Mən qaziyəm! gedin hara deyirsiz deyin! İndi maşınımızı avto elan saytlarında 5000 min manata satışa çıxarıblar.
Cənab baş prokuror!
Biz işğaldan azad olunmuş Laçın rayonuna 1 ilə yaxındır köç etmişik. Qardaşım o maşınla rayonda taksi sürərək ailəmizi saxlayır. Bizi rayondan Bakıya dəfələrlə gətizdirib saatlarla gözlətdirib sonda ailəmizin tək gəlir yeri olan maşnmızı əlimizdən alıb satışa çıxarıblar.
Cənab baş prokuror, Siz başda olmaqla Abşeron rayon prokurorluğundan ailəmizin adından xaiş edirik bizə kömək edin.
Bu şəxslərin qanunsuz əməllərinə son qoyulsun. Bir daha xaiş edirəm! Çıxılmaz durumdayıq, bizə kömək edin...
Hörmətlə: Fərəcova Ayşə Əfəndi qızı
Əlaqə nömrəsi (055) 240 44 24
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq