ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna ərazisinə xarici qoşunların yeridilməsi üçün əvvəlcə atəşkəs razılaşması əldə edilməlidir.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” yazır.
O, ölkəyə Qərb qoşunlarının yeridilməsi üçün sülh yolu ilə nizamlanmanı şərt adlandırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynada “mümkün qədər tez” sülhə nail olmağa çalışır. Siyasətçinin sözlərinə görə, Rusiya Ukraynanın dost qonşu dövlətə çevrilməsində maraqlıdır. Onun fikrincə, Ukrayna lideri Vladimir Zelenski münaqişənin həllinə mane olur.