Вернуться назад Распечатать

SON DƏQİQƏ-Keçmiş nazirə yeni vəzifə verildi

"Aztelekom" MMC-nin Şimal-Şərq regional filialının müdiri Nazim Əliyev vəzifəsindən azad edilib.

1xeber.media Unikal-a istinadən xəbər verir ki, onun yerinə Rövşən Həmid oğlu Məmmədov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək "Aztelekom" MMC-nin Dağlıq Şirvan regional filialının müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Məmmədov Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziri olub. O, Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun 2020-ci il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. Daha sonra isə "Aztelekom" MMC-də işə başlayıb.