Вернуться назад Распечатать

"Hafka" illər sonra üzə çıxdı

Tanınmış iş adamı, fəaliyyətini dayandıran "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun uzun müddətdən sonra yeni fotosu yayılıb.

1xeber.media  xəbər verir ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən, qapalı həyata üstünlük verən Məmmədovun yeni şəklini iş adamı Əli Süleymanov izləyiciləri ilə bölüşüb. "Bu gün dahi insan, iş adamı, "Lans" və "Bakı" komandalarının keçmiş prezidenti, sadiq dost Hafiz Məmmədovla (Hafka) ilə birlikdə idik", - deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Hafiz Məmmədov 2015-ci ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri itirməyə başlayıb. Böyük pay sahibinə çevrildiyi "Lans" klubu da əlindən çıxıb. Eyni zamanda "Bakı" klubu da fəaliyyətini dayandırıb. Hətta borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.

publika.az