Konstitusiya Məhkəməsinin hakimlərinin pensiya yaşı həddi 75-ə qaldırılır.
1xeber.media xəbər verir ki, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik məsələdə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.
Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən 75 yaşında pensiyaya çıxan hakim onun yerinə yenisi təyin olunanadək öz vəzifəsində çalışacaq. Amma yeni hakimin təyin olunması 6 aydan artıq müddətdə ola bilməz.
Məsələ müzakirəyə qoyularaq qanun birinci oxunuşda qəbul olunub.\\Olke.az