"Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı 10 mindən çoxdur. 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 min 270 ailəyə çatacaq".
1xeber.media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edib.
"Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 40 mindən çox vətəndaşın məskunlaşmasının şahidi olacağıq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm".