Вернуться назад Распечатать

Callas ABŞ vitse-prezidentinə etiraz etdi

İndi önəmli olan Amerika nümayəndələrinin deyil, Avropanın nə etdiyidir.

1xeber.media xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ABŞ-ın vitse-prezidenti J.D.Vansın Münhen konfransındakı bəyanatlarını belə şərh edib.

“Mən inanıram ki, indi daha vacib olan amerikalıların dedikləri deyil, avropalıların etdikləridir”, - deyə avropalı diplomat qeyd edib.

Məqalə müəlliflərinin fikrincə, Kallas bu cür bəyanatlarla “Vensin çıxışının əhəmiyyətini azaltmağa çalışıb”.

Fevralın 14-də Vans Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Aİ-nin hakim güclərini tənqid edərək onları söz azadlığını boğmaqda, demokratiyanı alçaltmaqda və sağçı populistləri qəsdən siyasətdən sıxışdırmaqda ittiham edib.