Вернуться назад Распечатать

Vəzifəli şəxs istefa verdi

Gəmi Təmir Tikinti ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib.

1xeber.media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb.

ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub.

Qeyd edək ki, Gəmi Təmir Tikinti ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.