Вернуться назад Распечатать

Zelenski Ağ Evdə Trampla mübahisə edir - Video

Hazırda Ağ Evdə baş tutan görüşdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında mübahisə yaşanır.

1xeber.media axar.az-a istinadən  xəbər verir ki, bununla bağlı görüntüləri Ukrayna mediası yayıb.

Dialoqdan bəzi hissələr:

Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiyadan danışıram. İndi sizdə adam qıtlığı var…

Zelenski: Siz Ukraynada olmamısınız!

Vens: Mən tarixini (müharibə tarixini – red.) görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsən. Siz bizim idarəmizə hücum edə bilməzsiniz.

Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.

Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz. Ya razılaşırsınız, ya da biz gedirik!

İndi heç bir kartınız yoxdur. Bizə deyə bilməzsiniz: “Mən bunu istəyirəm, bunu istəmirəm”.

Tramp: Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.

Zelenski: Bu sözləri Putindən eşitmişəm!