ABŞ-ın müdafiə naziri Pete Hegseth Meksika hakimiyyətinə xəbərdarlıq edib ki, əgər ölkə iki ölkə arasındakı sərhədlə bağlı tələbləri yerinə yetirməzsə, Pentaqonun hərbi əməliyyatlara başlaya bilər.
1xeber.media xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
Qəzetin yazdığına görə, bu, Heqsetin Meksikanın yüksək rütbəli hərbi rəsmiləri ilə ilk telefon danışığı olub. Nəşr yazır ki, danışıqlar yanvarın sonunda baş tutub, lakin söhbətin təfərrüatları indi məlum olub.
"Hegseth rəsmilərə bildirib ki, Meksika hökumətlə narkotik kartelləri arasında sövdələşməni aradan qaldırmasa, ABŞ ordusu birtərəfli tədbirlər görməyə hazırdır", - hesabatda deyilir.