Donald Tramp administrasiyası digər ölkələrin ABŞ-dan istifadə etməsinə imkan verməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.
“Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens həmişə Amerika xalqının və Birləşmiş Ştatların dünyada mövqeyinə hörmət edənlərin maraqlarını müdafiə edəcək və heç vaxt heç kimə Amerika xalqından öz maraqları üçün istifadə etməyə imkan verməyəcək”, - deyə bəyanatda bildirilib.
Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.