Вернуться назад Распечатать

Georgesku Rumıniya prezidenti postu uğrunda mübarizəni davam edəcək

Rumıniyalı siyasətçi Kalin Georgesku Buxarestdə keçirilən mitinqdə ölkə prezidenti postu uğrunda mübarizəni davam etdirəcəyini bəyan edib.

1xeber.media xəbər verir ki, bu barədə martın 1-də “Digi24” nəşri məlumat yayıb.

“Mübarizəni davam etdirəcəyəm və prezidentliyə namizədliyimi qeydə almaq üçün sənədləri təqdim edəcəyəm.  İstəyirəm ki, hamınız seçəsiniz, azad səsinizlə kimi seçəcəyinizə qərar vermək sizin hüququnuzdur”, - deyə siyasətçi vurğulayıb.

O, həmçinin ona dəstək olan 300 min imzaya görə toplaşanlara təşəkkür edib.