Вернуться назад Распечатать

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib

ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib.

1xeber.media xəbər verir ki, bu barədə NASA "X" sosial şəbəkəsində məlumat yayıb.

Modulun iki həftə ərzində aktiv şəkildə işləyəcəyi qeyd olunur. Aya eniş aparatı, yanvarın 15-də "SpaceX"-in "Falcon 9" raketi vasitəsilə buraxılıb.

Onun göyərtəsində NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib ki, bu da Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlıq üçün istifadə ediləcək.