Abxaziya Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü ilin payızında etiraz aksiyalarından sonra hakimiyyətə gələn Bədr Qunbanın qələbəsini təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti respublika departamentindən məlumat yayıb.
“Abxaziya Respublikasının Mərkəzi Seçki Komissiyası 3 mart 2025-ci il tarixli iclasında Abxaziya Respublikası Prezidenti seçkilərinin yekun nəticələrini təsdiqləyib”, – MSK-nın bəyanatında deyilir.