Rusiyanın Azur Air aviaşirkətinə məxsus təyyarə qanunsuz olaraq Çin hava məkanına daxil olub.
1xeber.media xəbər verir ki, bu barədə “Aviatorschina” Telegram kanalı yazır.
Hadisənin martın 2-də Taylandın Rayonq əyalətindən Blaqoveşenskə uçan təyyarə ilə baş verdiyi bildirilir. Boeing 757 eniş üçün yaxınlaşarkən nəzarətçinin sola dönmə göstərişinə əməl etmədən 4,5 kilometr yüksəklikdə Rusiya və Çin arasındakı sərhədi icazəsiz keçib.