Вернуться назад Распечатать

BMT Trampın siyasətindən narahatdır

ABŞ prezidenti Donald Tramp administrasiyasının insan haqları siyasəti narahat edir.

1xeber.media  xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

"Biz uzun onilliklər ərzində ABŞ-dan insan hüquqları üzrə ikitərəfli dəstəkdən istifadə etmişik (...) Mən indi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən əsaslı dəyişiklikdən dərin narahatam", - BMT nümayəndəsi vurğulayıb.

Türk, Trampın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarından sonra ABŞ-ın siyasətindən narahatlığını ifadə edərək, Vaşinqtonun təşkilata maliyyə ayırmasını dayandırmasının mənfi nəticələrinə diqqət çəkib. O, həmçinin Tramp administrasiyasını diskriminativ ritorika və manipulyasiyada ittiham edib.