ABŞ-ın hərbi yardımın kəsilməsi Ukraynanı həftələrlə iflic vəziyyətinə salacaq.
1xeber.media xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş aparat rəhbəri Kelli Maqsaman The Financial Times (FT) qəzetinə şərhində bildirib.
"Bu, Ukraynanı həftələrlə iflic vəziyyətinə sala bilər", - keçmiş Pentaqon rəsmisi vurğulayıb.
Maqsamen Vaşinqtonun Ukraynaya hərbi yardımının mümkün dayandırılması ilə bağlı xəbərləri şərh edib və Kiyev üçün mənfi nəticələri proqnozlaşdırıb. Onun sözlərinə görə, Ağ Evin hərəkətləri Ukraynanı Rusiya ilə qarşıdurmada təslim olmağa vadar edə bilər.