Вернуться назад Распечатать

Slovakiya Ukraynaya hərbi yardımın qanuniliyini nəzərdən keçirəcək

Slovakiya hakimiyyəti Ukraynaya əvvəllər verilmiş hərbi yardımın qanuniliyi ilə bağlı araşdırma aparacaq.

1xeber.media xəbər verir ki, bunu respublika parlamentinin vitse-spikeri Tibor Qaspar deyib.

“İstintaq qrupu yaradılıb və o, Ali Audit İdarəsinin Ukraynaya verilmiş əmlakla bağlı çıxardığı və cinayət işlərinə səbəb ola biləcək nəticələrlə məşğul olur”, - deyə siyasətçi bildirib.