Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.
Bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.
Sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.
Qeyd edək ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.