Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha beynəlxalq sistemin ədalətsizliyini hədəfə alaraq qlobal güclərə meydan oxuyub. O, “Dünya beşdən böyükdür” şüarı ilə mübarizənin davam etdiyini vurğulayaraq, beynəlxalq sistemin artıq dəyişməli olduğunu bəyan edib.
Bu barədə Türkiyə prezidenti ölkəsində fəaliyyət göstərən səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.
Ərdoğan BMT Təhlükəsizlik Şurasında müsəlman ölkələrin veto hüququna sahib olmasının zəruri olduğunu bildirib.
O, bu məsələnin müzakirə mövzusu olmamalı olduğunu vurğulayıb.
Ərdoğanın mesajı belə özətlənə bilər:
Mövcud qlobal sistem problemlər yaradır və dəyişdirilməlidir.
Dünyanın taleyi beş ölkənin əlində olmamalıdır.
Beynəlxalq qərar mexanizmləri yeni qlobal reallıqlara uyğunlaşmalıdır.
Ərdoğan bu fikirlərlə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması və dünyanın ədalətli idarə olunması üçün daha əhatəli bir sistem qurulmasının zəruri olduğunu bir daha dünyaya xatırladıb.
Bu, sadəcə bəyanat deyil – Türkiyənin yeni dünya nizamı uğrunda açıq çağırışıdır!
Musavat.com