Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıya yeni vəzifə verib.
Bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Zalujnı Ukraynanın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi təyin olunub.
O, hər iki vəzifəni eyni anda icra edəcək.