Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimat alınmasına 733 311 AZN xərcləyəcək.
Qurum “Tekstil Təminat MH” MMC ilə müqavilə bağlayıb.
Alınacaq geyim formalarına furajkalar, papaqlar, gödəkçələr və s. daxildir.
Dövlət Xidmətinin bu istiqamətdə olan tenderlərini “Tekstil Təminat MH” qazanır.Qeyd: Nizamnamə kapitalı 505 AZN olan MMC-nin qanuni təmsilçisi Rəfail Akim oğlu Hacıyevdir.
Pravda.az