ABŞ-ın Ukraynaya yardımı dayandırması Kiyev üçün xəyanət idi.
1xeber.media xəbər verir ki, bu fikri “The New York Times” qəzetinə müsahibəsində Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Aleksandr Merejko deyib.
Onun sözlərinə görə, ABŞ-ın hərbi yardımını dayandırması ən pis xəyanət kimi görünür. "Bizim üçün bu, bir növ Pearl Harbor, siyasi Pearl Harbor idi", - Ukrayna rəsmisi bildirib.