Вернуться назад Распечатать

Ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq - 4SİM rəhbəri

Ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq.

1xeber.media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrli fəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlət qurumu səviyyəsində 4SİM formalaşdırıb. Azərbaycan MDB məkanında bu mərkəzə ev sahibliyi edən ilk ölkədir.

4-cü sənaye inqilabı sahəsində Ötən il 30 dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq. Beynəlxalq tərəfdaşlardan öyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerli tərəfdaşlarımızın sayı 100-dən çoxdur. Bu tərəfdaşlarla strateji əməkdaşlıq çərçivəsində təbii ki Azərbaycanın mövqeyi daha da gücləndirilir".