Вернуться назад Распечатать

Makron Fransa sakinlərinə müraciət edib

Fransa prezidenti Emmanuel Makron martın 5-də sakinlərə müraciət edib.

1xeber.media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Əziz həmvətənlərim, bu böyük qeyri-müəyyənlik dövründə, dünyanın ən ciddi problemlərlə üzləşdiyi bir vaxtda mən bu axşam saat 20:00-da sizə müraciət edəcəyəm”, - Makron yazıb.

Lakin Fransa lideri söhbətin təfərrüatlarını açıqlamayıb. BFMTV kanalının qeyd etdiyi kimi, canlı yayım Yelisey sarayından aparılacaq.