Вернуться назад Распечатать

Putin miqrasiya konsepsiyası ilə çağırış edib

Rusiya prezidenti Vladimir Putin 2025-ci ildə Rusiya Federasiyasında miqrasiya siyasətinin yenilənmiş konsepsiyasının qəbul edilməsinə çağırıb.

1xeber.media xəbər verir ki, bu barədə o, Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.

Dövlət başçısının fikrincə, bu məsələni mümkün qədər tez həll etmək lazımdır. Putin qeyri-qanuni miqrasiya kanallarını dayandırmağın və miqrasiyaya nəzarət alətlərindən aktiv istifadənin vacib olduğunu vurğulayıb.

Prezident tədbir zamanı əlavə edib ki, Rusiya onun dəyərlərini bölüşən əcnəbiləri cəlb etməlidir.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, parlamentin aşağı palatası miqrantların tibbi müayinəsi ilə bağlı qanunvericilik təşəbbüsləri hazırlayır.