ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışının təxminən 99 dəqiqə davam etməsinə görə ABŞ-ın keçmiş lideri Bill Klintonun rekordunu qırıb.
1xeber.media xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
“Prezident Tramp öz çıxışını saat 23:00-a qədər yekunlaşdırdı və bu, Konqresin hər iki palatası qarşısında indiyə qədər edilən ən uzun çıxış oldu. Çıxış təxminən 1 saat 39 dəqiqə davam etdi”, - nəşr qeyd edir.
Müəlliflərin qeyd etdiyi kimi, əvvəlki rekord 2000-ci ildə Konqresdəki çıxışı 89 dəqiqə davam edən Klinton tərəfindən qoyulmuşdu.
Tramp ABŞ Konqresində nitqlə çıxış edib və onu Amerikanın şöhrəti üçün görülən işlər və gələcək planlar haqqında hesabata həsr edib. Xüsusilə, o, Ukraynadakı münaqişənin həlli planlarından ətraflı danışdı və həmçinin "sağlam düşüncəni bərpa etmək" üçün rekord vurduğu ilə öyündü.