Вернуться назад Распечатать

Zaxarova Rusiya və ABŞ arasında keçirilən görüşlərdən məlumat yaydı

Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşlərdən müəyyən nəticələr əldə olunub.

1xeber.media xəbər verir ki, bu barədə martın 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Böyük şəhərdə forum” layihəsi çərçivəsində mühazirə zamanı bildirib.

"Artıq bəzi həll yolları var, lakin çoxlu suallar qalır, ona görə də bu mənada danışıqlar gedir, başlayıblar, əlaqələr mövcuddur".

O, eyni zamanda əlavə edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı ölkələrin nümayəndə heyətləri arasında hələ də konkret danışıqlar aparılmayıb.