Вернуться назад Распечатать

Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

1xeber.media qaynarinfo-ya istinadən xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkim olduğu xəstəxanın dövlət büdcəsinə 57097,94 manat vergi borcu yaranıb. 
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün 5 gün vaxt verilib. 
İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib. 
Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.