Вернуться назад Распечатать

Azərbaycanda ən çox müavini olan nazir kimdir?

Xəbər verdiyimiz kimi, “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov vəzifəsindən azad edilərək, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Bununla da, Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.

Belə ki, Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədov da RİNN rəhbərinin müavinləridir. 

Maraqlıdır, Azərbaycanda ən çox müavini olan nazir kimdir?

1xeber.media “Qafqazinfo” -ya istinadən xəbər verir ki, məlum olub ki, hazırda ən çox müavini olan nazir Kəmaləddin Heydərovdur.

Fövqəladə hallar naziri K.Heydərovun 7 müavini var: Rəfael Mirzəyev (birinci müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Teymur Mehdiyev (Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu), Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayev.

Xarici işlər naziri Ceyhun Bayramovun müavinlərinin sayı isə 6-dır: Mahmud Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyev.

Daxili işlər, ədliyyə və iqtisadiyyat nazirlərinin 5 müavini var.

Daxili işlər naziri Vilayət Eyvazovun müavinləri: Seyfulla Əzimov (birinci müavin), Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev.

Ədliyyə naziri Fərid Əhmədovun müavinləri: Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinləri: Elnur Əliyev (birinci müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli, Anar Axundov.

Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil Nazirliklərində isə müavin sayı 4-dür.

Müdafiə naziri Zakir Həsənovun müavinləri: Kərim Vəliyev (birinci müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanov.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir: Rəşad İsmayılov (birinci müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.