Вернуться назад Распечатать

Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimli: "Möcüzədir"

Bu gün sizin qarşınızda çıxış etməyim bir möcüzədir, çünki həyat mənə ikinci bir şans verdi.

1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən Aktauda qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsindən sağ qalan stüardessa Aydan Rəhimli bu gün Heydər Əliyev Sarayında keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib.

O çıxışı zamanı, həmkarı Hökumə Əliyevanın etdiklərinin hamımız üçün qəhrəmanlıq nümunəsi olduğunu deyib.

"Soruşsanız ki, ölümlə üz-üzə qaldığım zaman nəyi anladım, cavabım belə olacaq: güclü olduğumu hiss etdim" - deyə Aydan Rəhimli əlavə edib.