Вернуться назад Распечатать

ABŞ Ali Məhkəməsi Trampın tələbini rədd edib

ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının 2 milyard dollarlıq xarici yardımın dayandırılması tələbini rədd edib.

1xeber.media xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

“ABŞ-ın bölünmüş Ali Məhkəməsi Tramp administrasiyasına hökumət üçün artıq gördükləri işlərə görə xarici yardım agentliklərinə ödənişləri dayandırmağa icazə verməkdən imtina edib”.

Məhkəmə səs çoxluğu ilə Dairə Hakimi Əmir Əlinin ABŞ administrasiyasını podratçılara və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) və Dövlət Departamentindən qrant alanlarına "təcili olaraq" maliyyələşdirməyə çağıran qərarını qüvvədə saxladı.