1xeber.media xəbər verir i bu barədə “KFC” restoranlar şəbəkəsindən yemək sifariş verib peşman olan Arzu Kərimli adlı müştəri sosial şəbəkələrdə yazıb.
O bildirib ki, göndərilən yeməyi yemək mümkün deyildi.“Üstəlik, budlar iylənmişdi. Yeməyi yemədən atmalı olduq. Şikayətimizi “Yango”ya bildirdik, sadəcə üzr istədilər. Heç bir tədbir görülmədi.
Cavabları da belə oldu ki, növbəti müştərilər üçün qarşısını alacağıq. Anlamıram, biz növbəti müştərilərin məmnuniyyəti üçün və kiminsə səriştəsizliyi ucbatından niyə həm ödəniş edib, həm də ac qalmalıyıq?”.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.