1xeber.media xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda Aİ ölkələrinin Ukraynaya ÜDM-nin 0,25 faizini ayırmaqla hər il 40 milyard avrodan çox vəsait ayırmağı təklif edib.
“Aİ-yə üzv olan bütün ölkələr Ukraynaya yardım kimi ümumi daxili məhsullarının 0,25 faizini verməklə onu dəstəkləməyə razı olsalar, bu yardım Ukrayna üçün nəzərdə tutulan 20 milyard avrodan iki dəfə çox olardı”, - Nauseda bildirib.
O əlavə edib ki, Litva artıq analoji öhdəlik götürüb və Ukraynaya ÜDM-nin 0,25 faizini ayırır.