Вернуться назад Распечатать

Moskvada Heydər Əliyevin abidəsi ucaldılacaq

Azərbaycanın keçmiş prezidenti, indiki lider İlham Əliyevin atası Heydər Əliyevin Rusiya paytaxtında abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq.

1xeber.media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Bilirsiniz ki, biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyət və dövlət xadiminin xatirəsini qoruyur və ona böyük hərarətlə və hörmətlə yanaşırıq, - Rusiya XİN sözçüsü deyib.

Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirləri keçirilib:

“Abidənin təməli yenicə qoyulub, abidənin ucalması ilə bu, ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisəyə çevriləcək”.