Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ABŞ hökuməti Kiyevə ümumilikdə 114 milyard dollar məbləğində maliyyə yardımı göstərib. Dəstəyin ümumi məbləğini respublika prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak açıqlayıb.
1xeber.media xəbər verir ki, onun sözlərini Fransanın “Le Point” jurnalı sitat gətirir.
O, 2022-ci ilin fevral ayının sonundan etibarən ABŞ-ın Ukraynaya dəstəyinin ümumi məbləğinin 300-500 milyard dollar təşkil etdiyi barədə məlumatı yalan adlandırıb. Xüsusilə Ağ Ev rəhbəri bunu əvvəllər də dəfələrlə bəyan edib. "Amerikanın Ukraynaya yardımının ümumi məbləği 300 və ya 500 milyard yox, 114 milyard dollardır", - Podolyak yekunlaşdırıb.