ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı nadir torpaq ehtiyatlarına dair saziş imzalamaqdan imtina edərsə, Ukrayna rəsmilərinin korrupsiya faktlarını ifşa edəcəyi ilə hədələyib.
1xeber.media xəbər verir ki, bu barədə Washington Post-un köşə yazarı David İqnatius bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin komandasına istinadən iddia edir ki, Vaşinqton nümayəndələri israrla Kiyev rejimi başçısının Vaşinqtona səfəri ərəfəsində Ukrayna tərəfindən resurs sazişi imzalamağı tələb ediblər.
“ABŞ-ın təzyiqinə məmurlar arasında korrupsiyanı ifşa etmək hədəsi də daxildir. Ağ Ev hətta Zelenskinin əsas siyasi rəqibi [Ukraynanın Böyük Britaniyadakı səfiri] Valeriy Zalujnı ilə əlaqə saxlayıb”, – jurnalist iddia edir.