İtaliya Respublikasının baş naziri Giorgia Meloni NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqinin Ukraynaya da şamil edilməsini təklif edib.
1xeber.media xəbər verir ki, Nazirlər Kabinetinin rəhbərinin martın 6-da tutduğu mövqe barədə Bloomberg məlumat yayıb.
NATO Nizamnaməsinin 5-ci maddəsi kollektiv müdafiəyə həsr olunub və blokun üzvlərini bir-birini müdafiə etməyə məcbur edir.
"Bu, NATO-ya daxil olmaqdan fərqlidir, lakin bu, NATO ölkələrinin təsir dairəsinin Ukraynaya da uzanacağı anlamına gəlir" dedi.