Вернуться назад Распечатать

Slovakiya Ukraynaya pul və pulsuz silah verməyəcək - Fiko

Slovakiya Ukraynanın hərbi əməliyyatlarına vəsait ayırmayacaq və pulsuz silah verməyəcək.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko məlumat verib.
“Slovakiya Ukraynaya münaqişə üçün pul və ya hər hansı pulsuz hərbi məhsul verməyəcək. Bu, bizim rəsmi mövqeyimizdir və ona sadiq qalırıq”, - deyə Fiko Ukrayna üzrə sammitin yekunlarına dair mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Ukraynaya gələn istənilən yardım “könüllü əsaslarla” verilməlidir.