Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olunana qədər Rusiyaya qarşı sanksiyaları artırmağı düşünür.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp martın 7-də Truth sosial şəbəkəsində məlumat verib.
“Mən Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların və tariflərin tətbiqi imkanlarını ciddi şəkildə nəzərdən keçirirəm”, o yazıb.
Trampın sözlərinə görə, məhdudiyyətlər Rusiya və Ukrayna yekun sülh razılaşmasına çatana qədər qüvvədə qalacaq. ABŞ prezidenti həmçinin ölkələri danışıqlar masasına oturmağa çağırıb.